“Kənardan baxanda deyirlər ki, necə xoşbəxtdirlər, nə edirlər ki? Lakin o qədər əziyyətli bir sənətdir ki... Bizim dostumuz səhnənin tozunu udmaqdan ağ ciyər xərçəngi oldu”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə”də Əməkdar artist Rəşad Bəxtiyarovun vəfatı ilə bağlı danışarkən Əməkdar artist Mətanət Atakişiyeva deyib.
Onun sözlərinə görə, bir neçə sənətçi də eyni xəstəlikdən vəfat edib:
“Yayda qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü, bütün bunların nəticəsində bu xəstəliyə tutuldu. Ramiz Novruz, Kamal Xudaverdiyev, Fuad Poladov da eyni xəstəlikdən dünyasını dəyişdi. Bu da səhnədə toz udmaqdan yaranır. Diz çökürük, sürünürük, əllərimiz qapqara olur”.