Türk pop müğənnisi Gülşen yeni imici ilə diqqət çəkib.
OLAY yazır ki,ötən gün İstanbulda konsert verən müğənni ağ-qara klassik kostyum dəsti ilə səhnəyə çıxıb. Saç stilində də fərqlilik edən Gülşenin səhnədə çəkilmiş şəkil və videoları sosial şəbəkələrdə gündəm olub.
Həmişə açıq səhnə geyimləri ilə diqqət çəkən sənətçinin daha qapalı geyim tərzini bəzi izləyicilər bəyənsə də, bəziləri onun əvvəlki halının daha gözəl göründüyünü qeyd edib.
