Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.
OLAY yazır ki, bu barədə aktyorun sənət dostları sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, mərhum sənətçinin bronx və ciyərlərində ciddi problemlər olub.
R.Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rolları oynayıb. 46 yaşlı sənətçi həmçinin “Həqiqət işığında” və “Bəyaz həyat” telefilmlərinə də çəkilib. Ən məşhur rolu "Ata ocağı" serialında olub.
