Bir neçə gün öncə Xalq artisti Aygün Kazımovanın məclislərin birində başına gələn hadisə maraqla qarşılanıb. Belə ki, toydakı qonağın anidən səhnəyə çıxıb estrada ulduzunun üzərinə getməsi müzakirə olunub.

Həmçinin ifasını dayandırmayan pop ulduzun fikirləri də maraq doğurub.

OLAY-ın əldə etdiyi məlumata görə, estrada ulduzu sözügedən qonaq haqda səhnədə bunları söyləyib:

“Haradadır o oğlan? Namiq getsin, onunla söhbət edəcəyəm. Namiq, sən get, narahat olma, söhbəti həll edəcəyəm. Sevginin gücünü görürsünüz? Sadəcə qorxdum, gələndə xəbərdarlıq edin. Birdən gözümü açdım ki, qarşımdadır, dedim bismillah nə olub?”.

Qeyd edək ki, həmin anlarda meyxanaçı Namiq Qaraçuxurlunun qonağa müdaxilə etməməsi də geniş müzakirə yaradıb.

Kazımovanın eksklüziv görüntülərini təqdim edirik: