İstanbul Polis İdarəsində saxlanılan Engin və Dilan Polat cütlüyü ilə bağlı istintaq davam edərkən yeni hadisə yaşanıb.
OLAY yazır ki, araşdırma nəticəsində saxlanılanların sayı 24-ə yüksəlib.
Cütlüyə məxsus şirkətin Ankara şöbəsini idarə edən Mustafa Özalp Polat ailəsinə məxsun 1 milyon 800 min lirəni nişanlısı Kübra Doğanın hesabına köçürməyə cəhd edib. Pul qaçaqmalçılığı prosesi bank əməkdaşlarının diqqətində olub və qarşısı alınıb.
Araşdırma hazırda Ankaranı da əhatə edib.