Film / Serial
Film / Serial

Conni Dep Cek Vorobey obrazı ilə geri dönə bilər

Conni Dep Cek Vorobey obrazı ilə geri dönə bilər

Məşhur “Karib dənizinin quldurları” franşizasının prodüseri Cerri Brukhaymer verdiyi müsahibədə aktyor Conni Depp ilə altıncı filmdə Cek Vorobey obrazına qayıdış barədə danışdığını təsdiqləyib.

OLAY yazır ki, bu barədə “Entertainment” nəşri məlumat yayıb.

“Əgər rolun necə yazıldığı xoşuna gələrsə, məncə, o razılaşacaq,” - deyə, Brukhaymer bildirib.

2025-ci ilin iyununda Orlando Blum da “Karib dənizinin quldurları” seriyasına qayıtmaq istədiyini bildirib. Onun sözlərinə görə, Layt Törner (Will Turner) obrazını yenidən canlandırmağa hazırdır, lakin layihənin hansı mərhələdə olduğu barədə məlumatsızdır.

Hazırda 6-cı filmin süjeti və çəkiliş detalları açıqlanmayıb, lakin prodüserin Depp ilə təmasda olduğunu rəsmən bildirməsi, franşiza pərəstişkarları üçün böyük ümid yaradır. Əgər Depp razılıq verərsə, məşhur kapitan Cek Vorobeyin qayıdışı “Disney” üçün həm nostalji, həm də kommersiya baxımından mühüm dönüş ola bilər.