Səlim Milli kimi tanınan gənc bloqer Səlim Dadaşov vəfat edib.
OLAY yazır ki, bu barədə onun dostları sosial şəbəkədə paylaşım ediblər.
Bloqerin qaraciyər çatışmazlığından (sirroz) vəfat etdiyi bildirilib. Paylaşımlarda onun bir neçə gün əvvəl Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyi qeyd olunub.
Qeyd edək ki, Səlim Milli 5 il əvvəl deputatlığa namizəd olub.