WOW
WOW

Var-dövləti müsadirə olunan fenomen saxlanıldı

Var-dövləti müsadirə olunan fenomen saxlanıldı

Polisin İstanbulda keçirdiyi əməliyyat zamanı internet fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat saxlanılıb.

OLAY yazır ki, cütlük bir müddətdir ki, çirkli pulların yuyulması iddiası ilə gündəmdədir. 

Dilan Polat və Engin Polatla birgə onların ailə üzvləri Sıla Doğu, Sezgin Polat, Kürşat Polat, eləcə də mühasib Beyza Ekici, maliyyə işləri üzrə məsul şəxs Ahmet Gün və bəzi işçiləri də saxlanılıb.

İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin işçiləri ərəfindən saxlanılan şübhəlilər sağlamlıqları yoxlamasından sonra İstanbul Polis İdarəsinə gətirilib.

Qeyd edək ki, bir neçə gün öncə şübhəlilərə məxsus 15 şirkətdə axtarışlar aparılıb və rəqəmsal materiallar ələ keçirilib. Polat ailəsi ilə bağlı istintaq davam edir.  Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması, Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb.