Dilan Polat və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda saxlanılanların sayı 17-yə yüksəlib.
OLAY yazır ki, Polat cütlüyünün evində aparılan axtarışlar zamanı 80 səhifəlik sənəd, o cümlədən mülkiyyət sənədləri və fakturalar ələ keçirilib.
Qaçaq şirkət ortağı Zümrüt Yerebakanın evindən 10 min dollar, Zekai Tepenin evindən 1 sərt disk və 350 güllə, Ahmet Günün evindən isə 120 min lirə, 36 hesab çıxarışı və 1 noutbuk götürülüb.
13-ü Polat ailəsinin üzvü olmaqla, 41 şübhəli və 27 şirkətin bütün əmlaklarına həbs qoyulub.
Şübhəlilərin 4 gün polis bölməsində qalacağı, Engin və Dilan Polatdan son ifadələrinin alınacağı bildirilib.
Qeyd edək ki, bir müdddət öncə Dilan və Engin Polatın var-dövləti müsadirə edilib. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub.
Polat ailəsinə qarşı şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb.