Olay
Olay

“Qələbəyə bütün qəlbimizlə inanırdıq”

“Qələbəyə bütün qəlbimizlə inanırdıq”

“Ötən ilin bu günü böyük zəfəri hələ eşitməmişdik. Çox kövrək, bir o qədər də qürurlu idik”.

OLAY yazır ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında qeyd edib. O, Zəfər Günündən yazaraq tarixi qələbə qazanacağımız anları səbirsizliklə gözlədiyimizi deyib:

“Çünki Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, cəsur, yenilməz ordumuzun şücaəti, xalqımızın Prezidentimizə olan birmənalı dəstəyi nəticəsində düşmən üzərində həlledici qələbə qazanacağımıza bütün qəlbimizlə inanırdıq. Prezidentimiz geri qaytarılan torpaqların adını sadaladıqca, sevinc və qürur hissi qəlbimizi bürüyürdü. Bu gün bu zəfəri qeyd etmək necə də böyük fəxrdir. Bu əvəzsiz anları xalqımıza yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik. Zəfərin mübarək, Azərbaycanım. Sənə yalnız zəfər yaraşır”.

R.Əliyeva onu da qeyd edib ki, 8 Noyabr Vətən müharibəsinin ən önəmli günüdür:

“Məhz bu gün xalqımız illərlə həsrət çəkdiyi, tamarzı olduğu sevinci doya-doya yaşadı, könüllərdəki azadlıq coşqusu dilə gəldi. “Sən azadsan, əziz Şuşa” kəlməsi ilə açılan sabah, bəyan olunan zəfərlə Azərbaycan bədxah Ermənistanın işğalçı siyasətinə son qoydu. Əminik ki, hər kəsin böyük ruh yüksəkliyi ilə çalışdığı və gözəl əhval-ruhiyyə ilə dəyişdiyini izlədiyi Qarabağ yenidən ən füsünkar məkana çevriləcək. Ölkəmiz bundan sonrakı Zəfər bayramlarını azad, firavan və yenidən qurulan Qarabağda fəxrlə qeyd edəcək”.