"Təəssüratlarımı paylaşmaq istəyirəm. Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyacanlıyam. Mənim üçün çox böyük şərəfdir və qürurverici bir andır".
OLAY yazır ki, bu sözləri müğənni İlhamə Qasımova deyib. O, açıqlamasına bunları da əlavə edib:
"28 ildir ki işğal altında olan torpaqlarımız şükürlər olsun ki, ordumuzun və Ali Baş Komandanımız Cənab İlham Əliyevin sayəsində azad edildi. İllərdir həsrətində olduğumuz torpaqlarımıza nəhayət ki, qayıtdıq. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə i can sağlığı diləyirəm. Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da minnətdarlığımı bildirirəm. Onun qayğısı hər zaman şəhid ailələrinin və qazilərin üzərindədir. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, radio dalğalarında "Ey Vətən"i səsləndirirsiniz. 2006-2007-ci illərdə "Ey Vətən" ərsəyə gələrkən torpaqlarımız işğaldan azad olunanda orada konsert proqramında səsləndirməyi arzuladım. Dünən Mehriban xanım Əliyevanın Qarabağın gözəl güşələrini çəkərkən fonda radioda mənim mahnımın səslənməsi ilə illər öncəki böyük arzumun reallaşdığına bir daha şahid oldum. Beləliklə "Ey Vətən"i Qarabağda oxudum. Əziz Qarabağ, ey Vətən, sən azadsan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".
Qeyd edək ki, Prezident İlham Əliyev Zəngilana səfəri zamanı Azərbaycan radiosunda İlhamə Qasımovanın “Ey Vətən” mahnısını dinləmişdi.