Olay
Olay

Kardioloqun Rəhimlə bağlı paylaşımına TƏBİB-dən reaksiya!

Kardioloqun Rəhimlə bağlı paylaşımına TƏBİB-dən reaksiya!

Tanınmış kardioloq Üzeyir Rəhimovun Rəhim Rəhimli barədə paylaşımı müzakirələrə səbəb olub.

Bir çox məşhur sözügedən həkimin peşə etikasını pozduğunu iddia edib.

Mövzu ilə bağlı TƏBİB-in mətuat xidməti OLAY-a açıqlama verib:

“İstedadlı sənətçimizin vəfatından üzüntümüzü ifadə edirik! T.e.n. Dr. Üzeyir Rəhimov Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və səriştəli həkim uzmanlardandır. Özəl tibb müəssisələrinin birində fəaliyyət göstərir. TƏBİB isə tabeliyindəki tibb müəssisələrində tibbi xidmətin təşkilini təmin edən qurumdur. Bununla belə, yazılan “post”un hüquqşünasla dəyərləndirilməsi aparılmış və pasiyent sirri təşkil etmədiyi qənaətinə gəlinmişdir. Əlavə aydınlaşdırma aparıla bilər. Diqqətiniz üçün təşəkkür edirəm!”.

Xatırladaq ki, kardioloq Ü. Rəhimov feysbukda bunları qeyd etmişdi:

“3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığında gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi. 
Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.
Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, məndə belə xüsusiyyət olmadığından bəlkə də. Ya da tanrıya bizlərdən bir az dahayaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının gösdəricisiydi.
Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını”.