Dünyaca məşhur müğənni Teylor Svift 12-ci studiya albomunun çıxışını rəsmi olaraq elan edib.
OLAY yazır ki, o, fotoqraflar Mert Alaş və Markus Piqotun obyektivi qarşısına keçib.
Svift albom üçün çəkilən təsirli və cazibədar fotoları ilə maraq doğurub.
“The Life of a Showgirl” adını daşıyan albomun təqdimat görüntüsü Travis Kels və Ceyson Kels tərəfindən aparılan “New Heights” podkastının 13 avqust tarixli buraxılışında yayımlanıb.
Dünyaca məşhur müğənninin yeni albomu 3 oktyabr 2025-ci il tarixində rəsmi olaraq musiqisevərlərə təqdim olunacaq.