WOW
WOW

“Təyyar Bayramovla Samir Cəfərov toxunulmazdır”

“Təyyar Bayramovla Samir Cəfərov toxunulmazdır”

Xalq artisti Samir Cəfərovla Əməkdar artist Təyyar Bayramovun canlı ifası ətrafında başlayan müzakirə davam edir.

OLAY yazır ki, məsələyə müğənni Almaxanım Əhmədi də münasibət bildirib.

O, sənətkarları müdafiə edərək bunları yazıb:

“Təyyar Bayramov və Samir Cəfərov nəinki xanəndə və ifaçı kimi, həmçinin pedaqoq kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Bu gün mənimlə yanaşı bir sıra ifaçıların yetişməsində Təyyar müəllimin böyük xidməti olub. Bəzi ifaçılar var ki, onlar toxunulmazdırlar. Təyyar Bayramov və Samir Cəfərov da bu silsilədəndir. İstənilən peşə, sənət sahibi öz sahəsində nə qədər mükəmməl belə olsa belə hallar çox normal və anlaşılan olmalıdır. Mükəmməl ifaçılar 15-20 ildə bir kiçik nöqsanlar edirlərsə, əksəriyyət ifaçıların isə ümumiyyətlə səhnəyə,sənətə gəlişi belə səhvdir. Belə “ifaçıların” bərbad ifalarını illərdir görməzdən gəlib 2 böyük sənətkarda gördüyünüz kiçik nöqsanı qloballaşdırmaq lazım deyil. Bunun əvəzinə bayağı ifaçıların biabırçı ifalarını işıqlandırıb, ifşa etmək lazımdır”.

Qeyd edək ki, sözügedən sənətçilərin “Həmin Zaur”dakı canlı ifasına müğənni Kərim Abasov iraf bildirib. Bundan sonra Əməkdar artist Abbas Bağırov ad çəkmədən Kərimə irad bildirib.