Olay
Olay

“Demədiklərimi axirətə kimi xatirələrimə köçürdüm”

“Demədiklərimi axirətə kimi xatirələrimə köçürdüm”

“Bu gün o gündür. Haqqında bilən, bilməyən hər kəsin danışdığı gün.

Sevənlərin, həm də sevməyənlərin sənə görə üzüldüyü, heyifsiləndiyi gün. Sənin qismətinə yazılan son yaşam günü”.

OLAY yazır ki, bu sözləri instaqramda aparıcı Vüsalə Əlizadə bu gecə vəfat edən sənətçi Rəhim Rəhimli haqda qeyd edib. 

Vüsalə kədərli olduğunu bildirib:

“Dünən, özümü toparladım, hazıram, yeni mövsümün özəl verilişlərindən birində yanındayam dedin, günü belə təyin etdik. Çox mədəni, alicənab, qeyrətli, qoruyan, sahiblənən, dəstəkləyən, sənət, səhnə üçün doğulan. Qazancından işçilərinin pulunu təri soyumamış verib, qalanını qazi, şəhid ailələrinin ehtiyacına göndərən. Və kimdən gəlib deməyin qadağası qoyan. Bu aləmdə çox az tapılan dostum. Çox çətindir, çox. Demədiklərimi axirətə kimi xatirələrimə köçürdüm. Sənətkar dostum”.