Olay
Olay

“Allahınız varsa, səsimə haray verin”

“Allahınız varsa, səsimə haray verin”

“Heç nə demirəm! Əlinizi qoyun vicdanınıza düşünün! 70-dən çox şəhid verdiyimiz dönəmdə bu nə utancverici, murdar günlər, saatlar, dəqiqələrdir, yaşayırıq? Allahınız varsa, səsimə haray verin”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında aktyor Cavidan Novruz paylaşıb.

O fikirlərinə bunları da əlavə edib:

“Bu nədir şəhidin qardaşına üzrxahlıq videosu çəkildi. Yaxud da şeiri deyən həmin şəhiddir, ya o deyil! Müğənni Hiss bunu dedi, arxivdən flan şeyi araşdırdıq. Şəhid filan yerə rüşvət verib, ya verməyib! Camaatın içi yanır, neçə ananın evi yıxıldığı bir dönəmdə siz nə istəyirsiniz? Nəyi aydınlaşdırmaq istəyirsiz? Biz nə zaman belə pozulduq, belə murdar olduq?

Jurnalist Şəhidin dəfn olunduğu gün qardaşına sual verir ki, bəlkə də yeri deyil, amma soruşmaq istəyirəm. Şəhidin sevdiyi xanım var idi?Ay para beyin niyə bu sual niyə? Allaha and olsun insanları boğaza yığırsınız. Həddindən artıq hər şeyi ucuşladırıb, adiləşdirirsiniz”.