Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabından Ukraynanın pop ulduzu Maks Barskixə mesaj ünvanlayıb.
OLAY yazır ki, Xəlilova mesajda bunları qeyd edib:
“Siz Ukraynada ölən azərbaycanlılara görə utanmalısınız! Yox, mən nədən danışıram? Siz də sizin himayəçiləriniz kimi vicdansızsınız!”.
Qeyd edək ki, M. Barskix 1, 2 milyonluq instaqram hesabında Ermənistana dəstək paylaşımı edib. Sözügedən paylaşımdan sonra “İticket.az” onlayn satış platforması müğənninin Bakı konsertini ləğv edib.