“İticket.az” onlayn satış platforması Ukraynanın pop ulduzu Maks Barskixlə bağlı geniş açıqlama yayıb.
OLAY yazır ki, sözügedən şirkət ifaçının İnstaqramda paylaşım edərək konserti özünün ləğv etmə iddiasını yalanlayıb.
Platforma qeyd edib ki, meneceri onlara Barskixin erməni dostuna görə, həmin paylaşımı etdiyini açıqlayıb:
“Maks Barskixin işğalçı ölkəyə (Ermənistana) dəstək olaraq, təxribat xarakterli paylaşımından sonra “iticket” şirkəti tədbirin təşkilatçısı “33 Event Baku” ilə birlikdə saat 09:10-da bilet satışını bağlayıb və konserti ləğv edib. Bundan sonra təşkilatçı sənətçinin meneceri ilə əlaqə saxlayıb və məlum olub ki, paylaşıma səbəb sənətçinin erməni ilə dostluğu olub.
P.S. Qulaq as, Maks Barskix, sən deyəsən, dostlarından fərqli olaraq, Azərbaycanın Ukraynaya dəfələrlə humanitar yardım göstərdiyini unutmusan. Biz əminik ki, Ukrayna xalqı sənin kimi insanlarla həmrəy deyil”.