Türk aktyor Tolqa Güleç sevgilisi aktrisa Yasemin Allenlə ayrılıqlarının səbəbini açıqlayıb.
OLAY yazır ki, Tolqa 5 aydır eşq yaşadığı Yaseminlə bir-birinə vaxt ayıra bilmədikləri üçün münasibətlərinin bitdiyini qeyd edib.
“O möhtəşəm bir insandır. Bu vaxt ərzində gözəl bir sevgi yaşadıq. Amma bir müddət sonra bir-birimizdən çox ayrı qaldıq. Mən çəkilişlərlə bağlı başqa bir şəhərə getməli oldum. O da öz məmləkətinə qayıtdı. Araya zaman girdikdə, görüşə bilmədikdə isə münasibətin bir önəmi qalmır”, - deyə, Güleç vurğulayıb.