Olay
Olay

Sevgilisi azərbaycanlı influenseri döydü

Sevgilisi  azərbaycanlı influenseri döydü

Sosial şəbəkələrdə influenser kimi tanınan Atlaz Fərəcova sevgilisi tərəfindən zorakılığa məruz qalıb.  

OLAY yazır ki, bu barədə o,  idarə etdiyi “materazzi.13” instaqram hesabından məlumat yayıb.

A. Fərəcova şiddət gördüyünü sübuta yetirəcək fotolar paylaşaraq bunları qeyd edib:

“İki gün əvvəl yaşadığım evin həyətində iki illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, gətirdiyi xəncərlə məni öldürəcəkdi. Heç kim məni bu şiddətə qarşı susdura bilməz, susmayacam”. 

Qısa müddət ərzində #Atlazüçünsusma həştəqi ilə paylaşımlar edilib, sözügedən posta Daxili İşlər Nazirliyinin instaqram hesabı işarələnib.  

DİN-dən hadisəyə reaksiya verilib və Atlaz Fərəcovanın şikayəti qeydə alınıb.