Olay
Olay

“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir”

“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir”

Azərbaycanlı reper Elşad Xose narkotiklə bağlı etiraf edib. 

OLAY yazır ki, bu barədə o, “Минута Плюс” layihəsində danışıb. 

Elşad deyib ki, illərlə narkotik asılılığından əziyyət çəkib:

“Ən böyük nailiyyətim narkotikə qalib gəlməyimdir. Həyatımda gördüyüm ən çətin iş idi. Bu xarakter formalaşdıran, kimin kim olduğunu göstərən böyük məktəbdir. Narkotikdən əziyyət çəkən şəxslər üçün sosial layihə üzərində çalışıram. Özümü bu mövzuda təcrübəli və qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var. Layihənin birinci vəzifəsi düzgün həyat tərzi haqqında maarifləndirmək və təbliğ etməkdir. Burada həkimlər danışmayacaq. Bu məsələni çətin həyatından danışmaqdan çəkinməyən şəxslər müzakirə edəcək. Bu layihə ilə bir neçə nəfərin narkotikdən imtina etməsinə nail ola bilsəm, mənim üçün böyük xidmət olacaq. Bu, son nəfəsimə qədər etməli olduğum ən böyük işlərdən biridir”.