Olay
Olay

“Qardaşları məni görsə, öldürəcəkdilər”

“Qardaşları məni görsə, öldürəcəkdilər”

Xalq artisti Alim Qasımov xanımı Tamilla Qasımova ilə tanışlığından danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “O kimdir” layihəsində məlumat verib. 

“Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir, baxmır. Onu oğurlayacam. Bekarçılıqdan  “xalxın qızı”nı götürüb qaçdım. Qardaşları məni görsə, öldürəcəkdilər. Mənim 20 yaşım tamam deyildi. O da məndən bir-iki ay böyükdür. Ailədə deyirdilər ki, onlar müasirdir, imkanları yaxşıdır, bakılıdırlar. Onlar kim, biz kim. Mən də söz verdim. Amma qızı götürüb qaçdım. İllər ötdükcə başa düşdüm ki, bu nə mənlik, nə də onluqdur. Allahın işidir, qismətdir. Mütləq bu həyatı bir yerdə davam etməliydik”, - deyə, xanəndə bildirib.