Olay
Olay

Van Damm Bakıya gələcək

Van Damm Bakıya gələcək

Dünya şöhrətli Hollivud aktyoru, döyüş filmi ulduzu Jan Kloud Van Damm bu həftənin sonunda Azərbaycana səfər edə bilər.

OLAY yazır ki, bu barədə azərbaycanlı döyüşçü Zabit Səmədov Lalə Azərtaşın yutub layihəsinə müsahibəsində danışıb.

İdmançının sözlərinə görə, yaxın dostu Z.Səmədova çox yaxın vaxtlarda Hollivud ulduzunu Bakıya gətirəcəyinə söz verib: 

“Mən Jan-Klod Van Dammın filmlərində böyümüşəm, onun döyüşlərinə baxaraq döyüşməyi öyrənmişəm. Ola bilsin ki, mənim son döyüşümdə iştirak etsin”.

Qeyd edək ki, sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü baş tutacaq, onun rinqdəki rəqibi qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silva olacaq.