Olay
Olay

Elşən İsmayılov “Beynəlxalq dərəcəli ədalət təmsilçisi” seçildi

Elşən İsmayılov “Beynəlxalq dərəcəli ədalət təmsilçisi” seçildi

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Yeniyetmələr, gənclər, kişilər və xanımlar arasında Həvəskar Universal Döyüş növü üzrə Özbəkistan Dünya Çempionatı” keçirilib.

OLAY yazır ki, çempionatda Əməkdar məşqçi, Universal döyüş üzrə Azərbaycan yığmasının baş məşqçisi, Ümumdünya Universal Döyüş Federasiyası Hakimlər Kollegiyasının sədri, beynəlxalq yarışların A klass dərəcəli baş hakimi Elşən İsmayılov “Beynəlxalq dərəcəli ədalət təmsilçisi” adına layiq görülüb. 

Mükafatlandırma  mərasimi çempionatın yarımfinal və final görüşlərinin keçirildiyi sonuncu gün baş tutub. Rəsmi kürsüdə həmyerlimizi şəxsən Özbəkistan Universal Döyüş Federasiyası və Asiya Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Həvəskar Universal Döyüş Federasiyasının vitse-prezidenti Zakirbəyov Yaşnarbəy təbrik edib.

Bu barədə Azərbaycan Universal Döyüş Federasiyası məlumat yayıb:

“Böyük qürur hissi ilə bildiririk ki, 2013-cü ildən Universal döyüş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyin edilən Elşən İsmayılovun rəhbərliyi altında idmançılarımız kişilər arasında layt və klassik növ üzrə təşkil olunan beynəlxalq yarışların qalibləri olmuşdur. İkiqat dünya çempionu, beşqat avropa mükafatçısı Qurbanov Orxan, beşqat dünya, altıqat Avropa çempionu, dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, dünya kubokunun qalibi, dünya kəmərinin sahibi Əliyev Nicat, ikiqat dünya çempionu Məsimov Tahir, dünya çempionu Fərzəliyev Muradxan, dünya kubokunun qalibi Hüseynov Mehman, dünya mükafatçısı, altıqat Avropa çempionu Tağıyev Nicat, Avropa çempionu, dünya mükafatçısı,  Avropa mükafatçısı Şükürov Orxan, dünya mükafatçısı, Avropa mükafatşısı Səlimli Asif, ikiqat Avropa çempionu Salmanov Səlim, dünya çempionu, Avropa çempionu, dünya mükafatçısı Namazov Sahil, dünya çempionu İsmayılov Rasim kimi dünyaca məşhur idmançılarımızı nümunə göstərə bilərik. Eləcə də, 2021-ci ildə Türkiyənin Antalya şəhərində baş tutan dünya çempionatında Azərbaycan-Asiya qarşıdurmasında hesabı 6-1 Azərbaycanın xeyirinə edən yığmamız Elşən İsmayılovun əməyini danmayıb.

Həmyerlimizin əzmli təşəbbüsləri nəticəsində yığmamızın nailiyyətlərinin bundan sonra da davam edəcəyinə əminik. 

Göründüyü kimi son illər Azərbaycanda həvəskar universal döyüş növündə olduqca yüksək nailiyyətlər əldə olunub. İdmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanması qürurvericidir. Xatırladaq ki, universal döyüş maneələri dəf etməyi, bıçaq atmağı, pnevmatik silah işlədilməsi, boks, kikboksinq, əlbəyaxa döyüş və güləşi əhatə edən kompleks bir idman növüdür. Tam təmaslı əlbəyaxa döyüşlər üçün döyüş sənəti olan universal döyüş müdafiə və hücum texnikasının öyrədilməsi üçün universal sistemdir və real döyüş fəaliyyətlərində sınaqdan keçmişdir”.