“Başqaları yox, gəlin mənim adımı çəkir. Sən Mətanət İsgəndərlidən yox, Kərimdən(Oğlu-red) boşanmısan. Siz müstəqil bir ailə idiniz. Mənim evim ayrı idi. Bunlar 23 ildir bir yerdədirlər. Kərimi sevəndə onun 21 yaşı olub. Düz on il mənim evimdə qalıb. Burada pis nə var ki? Mən səni balam kimi saxlamışam. Ata-anası Rusiyada yaşayırdı, nənəsi də Goranboyda. dedim, dayının, əminin yanında qalmaqdansa, mənimlə yaşa. Sən on ildə bizim pisliyimizi görmədin? Anası sağ olsa, qızını bu cür hərəkətlər etməyə qoymazdı. Bu ailədir, çox məsələni danışa bilmərəm. Uşaqlar 2-3 aydır mənimlədirlər. Gedəndə biz ona yalvardıq. Deyir, mən iş qadını olmaq istəyirəm. Fikirləşir ki, anti-reklam da reklamdır”.
OLAY yazır ki, bu sözləri “Təsir dairəsi” proqramında Əməkdar artist Mətanət İsgəndərli deyib. O, gəlini Canananın ittihamlarına cavab verib:
“Sakit-sakit boşanın. Amma o, dostluq istəmir, Kərimi hədələyir, şantaj edir. Deyir ki, mənə maşın verin. Uşaq istəyən ana, deyər ki, mənə ev verin, orada yaşayım. Günahkar axtarırsınız, bütün günahlar məndədir. Ona maşın alıb, dəstək olandan, salon açandan sonra dəyişdi. Biz ondan çox razı idik. Necə ki, indi özünü mədəni aparır. Mən onlara gedəndə çox mehriban, mədəni idi. Demə, rola girirmiş. Kərim də illərdir ürəyinə salıb ki, mən pis olmayım. Uşaqlar analarını istəyirlər, amma ondan qayğı görməyiblər deyə getmirlər. Mən də toylarda idim, evə pul gətirirdim. Sənin iki ərin var idi, biri Kərim, biri mən. Nə istəyirdi alırdıq, verirdik. Sərbəst, azad həyatda nə var idi? O zaman da azad idi. Dedim, ev də, maşın da verirəm. Mən onun namusu üçün bir söz deyə bilmərəm. Yuxarıdan Allah baxır. Lakin o ailəsini kariyerasına qurban verdi”.
Qeyd edək ki, məhkəmə üç uşağı ataları Kərim Həmidova verib. Canana isə bu durumdan şikayətlənərək etirazını bildirib.