“Mətanət xanım (Əməkdar artist Mətanət İsgəndərli, qayınanası- red) anama dedi ki, qızın çox yaxşıdır, istəyirəm oğlumla evləndirim. Bir il nişanlı qaldıq, sonra acıladılar. Gördüm ki, məni istəmirlər, üzüyü qaytardım”.
OLAY yazır ki, bu sözləri “Təsir dairəsi” verilişində Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana söyləyib. O, nişanlı vaxtlarında da Kərimlə problem yaşadığını, dörd il ayrı qaldıqlarını qeyd edib:
“Kərim dedi ki, özümü öldürəcəm, məni atma. Sonra illər keçdi, Kərim gəldi ki, anam səni görmək istəyir, çağırdı getdim. Mətanət xanım əlimdən öpdü ki, bağışla məni, sənin başına bu işləri gətirmək istəməzdim, bacım Təranə edib. Mən də əfv etdim, ümid edirdim ki, bir daha bu hadisələr baş verməz. “Günün sədası” verilişində yayımlanan video montaj olunub, mən başqa şeylər danışmışam.
Hətta Mətanət xanım o zaman onun ekrana getməsinə icazə vermədi. Fotolarda xoşbəxt görünürdük. Lakin həqiqətdə belə deyildi. Qızımın ad günündə də Mətanət xanım məni ağlatdı. Övladlarımla tək şəkil çəkdirə bilmədim. Deyirdi, uşaqları niyə gətirmisən, soyuqdur. Bütün ailə işlərimizə qarışırdı. Onun icazəsi olmadan addım ata bilmirdik. Rəsmlərdə yalandan xoşbəxt görünürdüm. İstəyirdim belə görsünlər. Bunu uşaqlarım üçün edirdim”.
Canana qeyd edib ki, Kərim qızı Mətanəti döyüb. Hətta uşaq özü də bunu təsdiqləyib:
“Mətanət xanıma dedim ki, oğlunuz uşağı döyüb. Kərim məni döyəndə onu çağırdım. Gəldi, qapını açdım, üzüm pis gündə idi. Mətanət xanım dedi ki, bunun sifətinə bax! Qayıtdım ki, oğlun edib də. Mənə söylədi ki, əcəb edib. Sonra şikayət edəcəyimi bildirdim. O isə heç kimdən qorxmadıqlarını söylədi”.
Qeyd edək ki, məhkəmə uşaqların ataları Kərimin yanında qalmaqları ilə bağlı qərar verib.