“Oqtaya görə mənim bəxtim daha çox gətirib. Təbii ki, aramızda anlaşılmazlıq, böyük mübahisələrimiz də olur. Hər saniyə nəsə ola bilər”.
OLAY yazır ki, bu sözləri “Söz-baz” verilişində Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevlə bağlı deyib.
Sənətçi mübahisələrinin səbəblərindən söz açıb:
“Məsələn, evdə nəsə bitir və lazımdır. Bunu Oqtaya demək var, deyirsən ki, yadımdan çıxıb sənə xəbər vermək, bu qurtarıb. Onda deyir ki, sənin fikrin haradadır, bunu de də. Məni də o qədər gərginlikdə saxlayıb ki, çalışıram ki, yadımdan çıxmasın.
Yaradıcı adamların da fikri dağda-aranda olur. Mənə dedi ki, çay gətir. Həmin vaxtda bir obraz üzərində işləyirdim. Mətbəxdə ilhamlandım, nəsə tapdm, məşq edirdim. Yarım saat sonra yadıma düşdü ki, Oqtay çay istəmişdi. O da üzümə baxıb, dedi ki, çay yığmağa getmişdin? Mən də dedim ki, ağlın olardı, aktrisa ilə evlənməzdin. Qısqanclıq mövzuları bizə mane olsa, 30 il gəlib bura çıxmazdıq. Uzun müddətdir bir çalışırıq, o mənə, mən də ona kömək edirəm. Bizim o nöqtəyə gəlməyə vaxtımız qalmır. Mən onu bilirəm necə insandır, o da məni. Hətta sual verəndə yadıma düşür ki, dünyada belə bir mövzu var”.
Qeyd edək ki, cütlüyün iki qız övladı, bir nəvələri var.