Olay
Olay

“Yaxamdan əl çəkin”

“Yaxamdan əl çəkin”

“Bir az söhbət edim. Mənim insanlara qarışmağım, cəmiyyət içinə çıxmağım normal adamlardan fərqli olaraq çox gec olub. Cəmiyyət içinə çıxdım, amma sıradan bir insan kimi yox, daha çətin məsuliyyət daşıyaraq aktyor kimi”. 

OLAY yazır ki, bu sözləri instaqramda aktyor Corc Qafarov qeyd edib. 

“Mənim çox kiçik və böyük səhvlərim ola bilər. Olub! Amma bu o demək deyil ki, mən bu səhvlərdən nəticə çıxartmıram. Sadəcə formalaşmağımda cəmiyyətin payı az olmayıb. Bir insan kimi ətraf mənə çox güclü təsir göstərə və idarə edə bilir. Lakin aktyor kimi mənə təsir etmək mümkünsüzdür! Yəni səhvlərimlə, düzlərimlə Corc olaraq qalmaq istəyirəm. Çox xahiş edirəm, mənə təsir etməyin. Sadəcə mənim yaxamdan əl çəkin! İcazə verin nəfəs alım, yaşayım”, - deyə, sənətçi bildirib.