Olay
Olay

Maşında ayağını pəncərədən çıxaran şəxsi paylaşdı

Maşında ayağını pəncərədən çıxaran şəxsi paylaşdı

Teleaparıcı Fərid Rəsul sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Fərid Salyan istiqamətində hərəkətdə olarkən yolda rastlaşdığı hadisəni lentə alıb.

Onun paylaşdığı görüntülərdə qarşıda hərəkət edən avtomobilin ön oturacağında əyləşən sərnişinin ayağını çölə çıxartması əks olunub.

“Havanın temperaturu 37 dərəcədir və dəhşət isti var. Arxada maraqlı bir şey görürəm. İstidəndir, nədəndir, bilmirəm, qardaşımız ayağını pəncərədən çıxarıb belə gedir. İstidəndir, olur belə şeylər” deyə, aparıcı videoda bildirib.