WOW
WOW

Armani vəfat etdi

Armani vəfat etdi

İtalyan moda dünyasının əfsanəvi siması Corco Armani 91 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə məlumatı Armani Qrupu təsdiqləyib.

Moda dünyasında “Re Giorgio” (Kral Corco) ləqəbi ilə tanınan Armani, sadə və zərif tərzi ilə tanınırdı.

Onun rəhbərlik etdiyi moda imperiyası illik təxminən 2,3 milyard avro gəlir əldə edirdi. 

Armani son zamanlarda sağlamlıq problemləri səbəbindən iyun ayında keçirilən Milan Moda Həftəsində ilk dəfə iştirak edə bilməmişdi. Moda evindən verilən məlumata görə, o, ailəsi və yaxınlarının yanında həyatla vidalaşıb.

Corco Armani 1934-cü ildə İtaliyanın Piacenza şəhərində anadan olub. Karyerasına 1957-ci ildə Milanda vitrin dizayneri kimi başlayıb və 1975-ci ildə öz adını daşıyan moda brendini yaradıb. O, həmçinin “Armani Jeans”, “Emporio Armani” və “Armani Privé” kimi alt brendlərlə moda dünyasında geniş iz qoyub. 

Armaninin dəfn mərasimi bu həftə sonu Milanda keçiriləcək və ardınca ailə üzvlərinin iştirakı ilə xüsusi bir mərasim təşkil olunacaq.