Olay
Olay

“Bakıda nə baş verdiyini anlamadım”

“Bakıda nə baş verdiyini anlamadım”

Türk influenser Danla Biliç  ötən il Azərbaycanda yaşadığı hadisəylə bağlı açıqlama verib.

OLAY yazır ki, Danla instaqramda “O hadisədən sonra yenidən Azərbaycana gəlməyi düşünürsən” sualını cavablandırıb.

“And içirəm ki, Bakıda nə baş verdiyini başa düşmədim. Biz bir iş üçün getmişdik. Məsələn, demişdilər ki, bu acılı sousu yeyəcəksiniz. Sonra təşkilatçılar dedilər ki, onu da yeyəcəksiniz, bunu da yeyəcəksiniz, onu da paylaşacaqsınız. Bizim adımızdan 50 markaya söz verilib, heç nədən xəbərimiz yoxdur.  Geyinib paylaşmağımız üçün paltarlar tikilirmiş, xəbərimiz yox idi.  Sonra bunları etməyəndə dedilər ki, guya azərbaycanlılara “heyvan” demişəm. Harada və niyə demişəm? Bakıya neçənci dəfədir gedirdim, niyə deyim? Belə mənasız idi, orada nə olduğunu anlamadım”.