Media
Media

Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

OLAY yazır ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək . 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Tibbi-meteoroloji proqnoz

Sabah Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.