Olay
Olay

“Xalqımla aramda əlçatmazlıq yaratmamışam”

“Xalqımla aramda əlçatmazlıq yaratmamışam”

Əməkdar artist Mehriban Xanlarovanın 55 yaşı tamam olur. 

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb:

“Bu gün yaradanın verdiyi ömür payımın 55-ci ilinə qədəm qoyuram. Yeni yaşımda özümə, cansağlığı ilə yaşamaq arzulayıram və gözəl xatirələrlə, uğurlarla, xoşbəxtliklərlə dolu olsun!  Xoşbəxt sənətkaram ki, xalqım tərəfindən sevilirəm və dövlətimiz tərəfindən sənətimə qarşı hər zaman diqqət, qayğı görürəm. Xalqımla öz aramda, əlçatmazlıq yaratmamışam!

Çünki bizi biz edən ölkəmizin vətandaşlarıdır. Xalqımın kədərini özümə kədər, sevincini isə sevinc bilmişəm və belə də olacaq! Sadəcə millətinin önündə əyil, səni yetişdirən əlin belə, önündə əyilmə! Həyat gözəl müəllimdir. Düzdür, çox baha dərs verir, amma gözəl izah edir... Ey Rəbbim! Dostum da, düşmənim də, mənim üçün nə istiyirlərsə, məndən əvvəl onlara qismət elə. Amin! Sizin, Mehriban Xanlarovanız olmaqdan qürur duyuram! Bu millət üçün yaşamağa da, ölməyə dəyər! Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun”.