Olay
Olay

Nəsrin 40 yaşını belə qeyd etdi

Nəsrin 40 yaşını belə qeyd etdi

İyulun 30-da Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin 40 yaşı tamam olub.

OLAY yazır ki, Nəsrin ad gününü yunan restoranlarının birində dostları ilə birgə qeyd edib.

Ad günündən görüntüləri instaqramda paylaşan sənətçi ağ, sadə libası ilə diqqət çəkib. Aktrisa və dostları məclisdə Yunanıstana məxsus boşqab qırma kimi adətləri də yerinə yetirib. 

Ötən aylarda sevgilisi Gökhan Alkandan ayrılan sənətçinin tortundakı “Bir də bu yollarda elə həvəslə yeriyərəm ki, şok olarsınız” yazısı da xüsusilə marağa səbəb olub.

Həmçinin, Cavadzadənin daha əvvəl dodaq-dodağa görüntüləndiyi, dostu olduğunu söylədiyi Serhat Şengülün də partidə olması diqqətdən yayınmayıb.