Olay
Olay

Etiraz olunan konserti öpüşərək bitirdilər

Etiraz olunan konserti öpüşərək bitirdilər

Xalq artisti Yusif Eyvazovun xanımı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Almaniyada konserti baş tutub.

OLAY yazır ki, o, Regensburqda səhnə alıb. Lakin konsertdən öncə Annanın çıxışına qarşı olan vətəndaşlar mitinq edib. Belə ki, onlar konsertin baş tutduğu qalanın qarşısına toplaşaraq “Anna, Ukraynada xeyriyyə konsertinə necə baxırsan?”, “Nyu-Yorkda, Ştuqartda deyil, niyə burada?” plakatları ilə rus ulduza etiraz ediblər.

Opera ifaçısı isə bu haqda öz sosial şəbəkə hesabında yazıb:

“Kim dedi ki, asan olacaq? Olmayacaq. Qalanın qarşısında 30 etirazçı var idi, zalda isə 3 min tamaşaçı əyləşmişdi. Müqayisə edə bilirsiz?”.

Həmçinin konsertdə, Y. Eyvazov da çıxış edib. Onlar tədbirin sonunda səhnədə öpüşərək çıxışı tamamlayıblar. Bu anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.