Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu açıqlayıb.
OLAY yazır ki, bununla bağlı o, sosial şəbəkə hesabında məlumat yayıb.
Aktyor bildirib ki, bir müddətdir şantaj olunur:
“Son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuna yaraşan işdir. Hamınız məni gözəl tanıyırsız. Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər! Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəklərini deyirlər! Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən feysbuk, mesencer və vatsapı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm ki, bu işdə mənə yardım etsinlər”.