“Nənə olmaq gözəl bir şeydir. Nəvəmə hələ ad qoymamışıq. Körpənin 40-nın çıxmasını gözləyirik. Uşaq sahibi deyiləm. Uşaq yiyəsi ata tərəfdir deyə, bir az özümü yığışdırmışam. Hikkəmdən əl çəkmişəm. Nəvəmə nə ad qoysalar, qəbulumdur, çünki çox gözlədiyim hadisə idi”
OLAY yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. Məşhur müğənni bir neçə gün əvvəl nənə olması barədə “Şourum”a açıqlama verib:
“Nəvəmin doğulması mənim üçün özü özəl hədiyyədir. Zümrüdə deyirəm ki, “Kolyaska” alacağam. Cavab olaraq söyləyir ki, lazım deyil, Londonda hər şey satılır”.
Kərimova bildirib ki, qızı Zümrüdün bətnində iki dəfə körpəsi tələf olub:
“Taleh məni iki dəfə cəzalandırdı. Üçüncü dəfəsindən qorxurdum. Allaha qurban olum. Amma üçüncü dəfə xeyirli gəldi. Daha əvvəl Zümrüdün körpəsi bətnində tələf oldu. Qız övladı Flora olacaqdı. Gözləyirdim, amma körpəni xilas edə bilmədilər. Mənim qismətim olmadı”.