Olay
Olay

Coni qalib gəldi! - Məhkəmə başa çatdı

Coni qalib gəldi! - Məhkəmə başa çatdı

Dünyaca məşhur aktyor Coni Deppin keçmiş xanımı Amber Hörd ilə davam edən məhkəmə prosesi başa çatıb. 

OLAY yazır ki, məhkəmə Amberin aktyor haqqında səsləndirdiyi ittihamları əsassız sayıb. 

Nəticədə Coni qalib olub və Hördün ona 15 milyon dollar dəyərində təzminat ödəməsi ilə bağlı qərar qəbul edilib. 

Qeyd edək ki, Amber Conidən boşandığı zaman fiziki şiddətə məruz qaldığını bildirmişdi. Bu da aktyorun karyerasına olduqca pis təsir göstərmişdi. Daha sonra Coni məhkəməyə müraciət etmiş və iddiaların əsassız olduğunu bildirmişdi.