Film / Serial
Film / Serial

Coni yenə “Kapitan Cek” olacaq?

Coni yenə “Kapitan Cek” olacaq?

Keçmiş xanımı Amber Heard ilə məhkəməsi Coni Deppin karyerasına təsir göstərməyə davam edir. 

OLAY yazır ki, aktyorun ən önəmli layihələrindən biri olan “Karip dənizinin quldurları” filmi seriyasının davamının çəkilməsi düşünülür. 

Bununla bağlı dəqiq bir məlumat olmasa da, müzakirələr davam edir. 

Lakin növbəti filmdə Coninin rol alıb-almayağı da sual yaradır. 

Bu barədə ekran işinin prodüseri Cerri Brickheimer açıqlama verərək hələ bunun mümkün olmadığını deyib.

Bundan başqa, film üçün aktyor axtarışında olduqları da söz-söhbətlər arasındadır. 

Coninin pərəstişkarları isə onun yerini kimsənin doldurmayacağını söyləyib və bunun üçün imza toplamağa başlayıblar.

Qeyd edək ki, Amberin Conini ona fiziki şiddət göstərməkdə ittiham etməsi nəticəsində layihədən kənarlaşdırılıb. Depp məhkəmə prosesi zamanı bu haqda danışıb və layihəyə əsla qayıtmayacağını, çünki şirkətin məsələ araşdırılmadan haqsızlıq etdiyini deyib.