Olay
Olay

Damla şəklini cıran Elzaya yardım etdi

Damla şəklini cıran  Elzaya yardım etdi

Müğənni Damla bir vaxtlar onu tənqid edən Əməkdar artist Elza Seyidacahana yardım edib.

OLAY ayzır ki, bununla bağlı məlumat “Səni Axtarıram” verilişində deyilib.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Damlanın Seyidcahana 500 manat pul göndərdiyini söyləyib.

Bundan sonra, aparıcı “Mən şou-biznes xəbərlərini izləmirəm. Amma deyirlər ki, siz Damlanın şəklini cırmısız”, - deyə bildirib.

Seyidcahan isə “Bəli, cırmışdım. Lakin sənətə görə” cavabını verib.

Qeyd edək ki, E. Seyidcahan 3 il əvvəl verilişlərin birində Damlanı sərt tənqid etmişdi. O, ifaçıya adını dəyişdiyi üçün irad bildirmiş, hətta itinin, pişiyinin də ona qulaq asmayacağını söyləmişdi. Bundan sonra Elza Damlanın şəklini cırmışdı.

Onu da xatırladaq ki, E. Seyidcahan obyekti ilə bağlı yaranan borcu üçün kömək istəyir.