Olay
Olay

“Adımın banisi Niyaməddin Musayevdir”

“Adımın banisi Niyaməddin Musayevdir”

Xalq artisti Röya Ayxan və Niyaməddin Musayev açılışıların birində bir araya gəliblər.

OLAY yazır ki, məclisdə çıxış edən Röya həmkarı ilə bağlı maraqlı açıqlama verib.

Sənətçi N. Musayevin adının banisi olduğunu söyləyib:

“Mənim adımın banisi Niyaməddin Musayevdir. Anam o vaxt Niyaməddin müəllimi çox sevib. Məni 17 yaşında dünyaya gətirəndə adımı “Röya” kimi yazdırmaq istəyib. Deyiblər ki, sənə gülərlər, adam uşağına ansambl adı qoyar? Heç olmasa “lə” şəkilçisi artır. Sənədlərdə o şəkilçi var. Mən isə hər zaman Röya olmuşam”.