Olay
Olay

Aygün və Raufdan 4-cü duet!

Aygün və Raufdan 4-cü duet!

Xalq artisti Aygün Kazımova və müğənni Rauf Əhmədov 4- cü işbirlikləri olan “Saxla şəkilləri” mahnısını musiqi platformalarında təqdim ediblər. 

OLAY yazır ki, mahnının söz və musiqisi İlkin Hüseynova məxsusdur. Sənətçi bu layihəsi üçün Raufla bərabər kamera önünə keçərək yeni fotosessiya da etdirib. 

Aygün Kazımovanın obrazları üzərində stilist - vizajist Ruxa çalışıb. Fotoların müəllifi isə Vüsal Adıgözəlovdur. 

Qeyd edək ki, Aygün Kazımova və Rauf bundan öncə “Yaraşdın mənə”, “Aya” və “Bizdən danışaq” adlı duetlər ərsəyə gətiriblər.