WOW
WOW

51-lik Pop Diva...

51-lik Pop Diva...

Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.   

OLAY yazır ki, “Diva” ləqəbli pop ulduz 51 yaşını qeyd edir.  Məşhur müğənninin ad günü hələ bir neçə gün bundan əvvəl keçirilməyə başlayıb, TV proqramlarında sənətçiyə həsr olunan proqram təqdim edilib.  

A. Kazımovanın özü isə bu gün yaxınları və dostlarını bir araya toplayaraq yeni yaşını qeyd edəcək. 

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan “Körpü şou”da qonaq olduğu zaman etiraf edib. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir.

8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova “Aypara” və “Qaya” Vokal İnstrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Aygün Kazımova “Aypara” qrupunun solisti olan zaman, Aygün Məlik və Alim Qasımovla birlikdə Rəhm eylə bizə, İlahi adlı mahnını duet şəklində ifa edib. 

1989-cu ilin 24 dekabında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.

Aygünün bu nikahdan İlqarə adlı qızı dünyaya gəlib.  

Kazımovanın sevgi həyatı da zəngin olub. Onun adı məmur övladları ilə hallanıb, son olaraq könülü meyxana ustadı Namiq Qaraçuxurluya təqdim olub.  Uzun illər sevgili olan cütlük münasibətlərinə nöqtə qoyub.  

İfaçı müsahibəsində bildirib ki, sevgilisi yoxdur! 

Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova , Zeynəb Xanlarova ,Madonnanı göstərmək olar. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma hər zaman müsahibələrdən qeyd etmişdir ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Hər zaman seçilmək istədiyini bildirib.

Xüsusilə, pop, janrında mahnılar səsləndirən Aygün Kazımova, əbəs yerə Pop Diva adı ilə tanınmır. Ara-sıra caz, pop rock, muğam, soul, R&B, flamenco və Yeni Çağ (New age) və s. janrlarda da mahnılar səsləndirib.

Aygün Kazımovanın səs tonu - həm bəmi, həm də zili — 1 oktava sekstadır.

Səhnədə açıq-saçıqlığı sevdiyini qeyd edən Aygün Kazımova, səhnə geyimlərini “sadəcə səhnə üçün” olduğunu bildirib.