Olay
Olay

Bu dəfə Seyşelə yollandılar

Bu dəfə Seyşelə yollandılar

İnfluenserlər Tural Namazov və Elmira Namazova bu dəfə Seyşel adalarına yollanıb.

OLAY yazır ki, onlar bu barədə sosial media hesablarında məlumat veriblər.

Cütlük “Anse Source d'Argent” çimərliyi, Tısbağa adasını da gəziblər (Curieuse Island). Namazovlar istirahət üçün Seyşelin məşhur hoteli “Raffles Seychelles”i seçiblər. Bu məkanda qalmaq istəyənlər 1 həftə müddət üçün 2 min manatından keçməlidir.

Qeyd edək ki, Seyşellər və ya Seyşellər Respublikası Şərqi Afrikada yerləşir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur. Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub.