Xalq artisti Emin Ağalarov əfsanəvi sənətkar Müslüm Maqomayevin evində qonaq olub.

OLAY yazır ki, sənətçi bu barədə instaqramda video paylaşıb.

O, Maqomayevin xanımı Tamara Sinyavskaya ilə görüntülərini izləyiciləri ilə bölüşüb:

“Tamara Sinyavskayanın evində qonaq olduq — hər şeyin xatirələrlə, musiqi ilə və sevgi ilə dolu olduğu bir evdə. Məhz bu piano arxasında Müslüm Maqomayev musiqi ifa edərdi, divarlarda isə qəlbə yaxın fotolar yer alır. Bu doğma ab-havaya toxunmaq xoşbəxtlikdir. Tamara İlyiniçnanın hər zaman səmimi qəbulu və Maestronun sanki yaxınlıqda olduğu hissi — unudulmaz bir duyğudur”.