Müğənni Günel Zeynalova keçmiş nişanlısı Reza Zarrabın həyat hekayəsini “Netflix”ə satmasına münasibət bildirib.

OLAY yazır ki, bu barədə Günel “Pərvizə görə”də danışılıb.

O bildirib ki, filmdə onunla bağlı hissələr düzgün çəkiləcəksə, problem yoxdur:

“Ondan xəbərim yoxdur, bilmirəm. Amma belə bir şey olsa, mənim həyat hekayəm onunkunu keçər. Düzlüyə qalsa, doğru bir şey çəkilirsə, “hay-hay”! Hər zaman varam. Həyatımda utanc verici heç nə yaşamamışam. Utanacağım heç nə olmayıb. Bu hadisədən də utanmıram. Hər bir qız nişanlana bilər. Bu, sadəcə biz üzdə olduğumuz üçün danışılır”.

Qeyd edək ki, Reza Günellə nişanlı olduğu vaxtlarda ona müğənni Ebru Gündeşlə xəyanət edib.