Aktrisa Üzel Kərimova haqqında yayılan iddialara münasibət bildirib.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda paylaşım edib. Üzel deyib ki, birgə görüntüləndiyi hər kəslə adının hallanmasından bezib:
“Mən artıq yanımda görünən hər adamın adıma yazılmağından bezdim. Subayam deyə kiminləsə dost-tanış ola bilmərəm? Və ya əməkdaşlıq üçün eyni masaya oturub söhbət edə bilmərəm? Mənim heç qohumum ola bilməz? Əziz dostlar, tanışlar, dəyərli izləyicilər Sizinlə paylaşacağım və ya paylaşdığım heç kim olmayıb həyatımda. Nə şou-biznes adını verdiyiniz yerdən, nə belə. Bu mövzuyla bağlı haqqımda çıxan bütün xəbərlər də yalandı. Mən birinin əlini tutub sizinlə paylaşmayana qədər heç bir cümləyə, heç bir kəlməyə inanmayın. Ya da inanmaq istəyirsinizsə, bununla bağlı mənə nə zəng edin, nə yazın, nə də görəndə soruşun. Anlayışınız üçün çox sağ olun”.