“Fədayə küsüb getməyib. Orada Rəqsanə xanım konsert təşkil etmişdi. Sonra təklif oldu, qaldı. Daha sonra pandemiya başladı deyə qaldı. Pandemiyadan sonra da gəlmədi”.
OLAY yazır ki, bu sözləri müğənni İlahə Fəda bacısı Fədayə Laçın barədə danışarkən söyləyib.
“Onda görüşək” verilişində qonaq olan sənətçi bildirib ki, Fədayənin həyatında hər şey yaxşıdır:”
“Azərbaycana qayıtmaq fikri yoxdur. Bir günü gələcək, amma hələ yox”.
Qeyd edək ki, sənətçi Rusiyada oğlu ilə birlikdə yaşayır.