Olay
Olay

Bir ay ərzində 2-ci dəfə həbs olundu

Bir ay ərzində 2-ci dəfə həbs olundu

“The Flash” və “Fantastik Canavarlar” serialının ulduzu Ezra Miller bir qadına qarşı zorakılıq etdiyi iddiası ilə Havayda həbs edilib. 

OLAY yazır ki, Evindən çıxmasını istəyən qadının başına stul atdığı deyilən 29 yaşlı aktyor polis qeydlərinə görə, ikinci dərəcəli hücumda ittiham olunub.

Hadisədən cəmi 20 dəqiqə sonra həbs edilən və gecə yarısı sərbəst buraxılan Millerlə bağlı polisin araşdırması davam edir.

Polisin verdiyi məlumata görə, yaralı qadın da müalicədən imtina edib.

Qeyd edək ki, bu, Millerin ilk həbsi deyil. Məşhur aktyor 3 həftə əvvəl Havay adalarında karaoke barda dava hazırladığı üçün həbs edilib. 

Miller karaoke ifaçılarına ədəbsizcəsinə qışqırmaqda, qadının mikrofonunu əlindən almaqda və sonra rəqs edən kişiyə hücum etməkdə günahlandırılıb. Aktyor 500 dollar girov qarşılığında sərbəst buraxılıb.

İki il əvvəl Millerin İslandiyanın Reykyavik şəhərindəki barda qadını boğaraq yerə yıxdığı görülüb.