Olay
Olay

“İlk missiyam dünyaya övlad gətirmək idi” - Elnarə

“İlk missiyam dünyaya övlad gətirmək idi” - Elnarə

“Mənim sənətimdə heç bir zaman sükut yaranmayıb. Elnarə, heç vaxt öz sürətini dayandırmayıb. Öz həmkarlarım, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm. Buna ömür, vaxt gedir. 4 uşaq anasıyam. O qədər nüans sadalayaram ki...”.

OLAY yazır ki, bu sözləri müğənni Elnarə Xəlilova “Üzə düz” verilişində deyib. Müğənni bildirib ki, yalnız pop musiqi ifa etmir:

“Problem bundadır əslində. Sizə elə gəlir ki, mən sükut içindəyəm, xeyr! Mən öyrənirəm. İstəmirəm mənim tamaşaçımda elə bir fikir yaransın ki, mən bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm. Xeyr, heç də elə deyil! Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam, qadın olmaq, övlad dünyaya gətirmək idi. Amma sənətimdə heç bir fasilə yoxdur!”.

Xəlilova söyləyib ki, tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır:

“Bütün günü radio FM-ləri dinləyirəm. Gəlin, monitorinq edək. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?! Xeyr, bu mümkün deyil! Radiolar öz simalarını qoruyub saxladılar amma təəssüf ki, TV barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xətrinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxardılar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək! Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, nə aparıcı verilişi apara bilir! Aparıcı sütun olmalıdır, o ağzını Allah yoluna qoyub, efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür vallah. 10 ildir TV-yə baxmıram, heç özümə də baxmıram!”.

İfaçı bildirib ki, heç vaxt toy biznesinə qatılıb, çoxlu pul qazanmaq iddiasında olmayıb:

“Özümü belə xərcləmək istəmədim. Səhnədə daha yaxşı hiss edirəm özümü. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı səninçün darıxmalıdır, sən əlçatmaz olmalısan”.

Elnarə plastik əməliyyat etdirmədiyini söyləyib:

“Gələcəkdə ehtiyac olarsa, edərəm niyə də yox?! 50 yaşımda edərəm ki, 18 yaşında qız kimi görsənim. Gülür. Təbiiliyi, gözümün qırışlarını, saçımın bəyazlarını sevirəm. İnsan hər yaşda olduğu kimi görünməlidir əslində. Məsələn, bilirik ki, Ajda Pekkan 70-dən yuxarı yaşı var, sinif yoldaşları ilə fotosu paylaşılıb. Baxırsan ki, Ajda kukla kimi, onlar isə nənə kimi görünür. Bu çox qeyri-təbiidir. Bundan qorxuram. 50 yaşın var, niyə cavan qız kimi görünəsən axı? Nədi, odu da?!”.